İran ABŞ-ın Bəhreyndəki hərbi donanmasını hədəfə aldığını açıqladı

İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın ölkənin cənub bölgələrinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasını pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.

SEPAH-ın yaydığı məlumata görə, ABŞ qüvvələri Kəsm, Sirik və digər ərazilərdə bir sıra hədəflərə zərbələr endirib. Hücumlar nəticəsində Sirik şəhərində iki su anbarına ziyan dəyib, rabitə qüllələrindən biri isə zədələnib.

Açıqlamada bildirilir ki, yerli vaxtla saat 02:30-da Bəhreyndə yerləşən ABŞ-ın 5-ci Donanmasına PUA hücumu həyata keçirilib. İran tərəfi bölgədə qarşıdurmaların davam etdiyini və hücumlara cavab verildiyini vurğulayıb.

Tehran həmçinin xəbərdarlıq edib ki, ABŞ hərbi əməliyyatları davam etdirərsə, buna daha sərt və genişmiqyaslı cavab veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki