İran amerikalı milyarder İlon Maskın nəzarətində olan bəzi şirkətlərin Yaxın Şərqdəki filiallarını potensial hədəf kimi nəzərdən keçirir.
Bu barədə “Fars News” agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, buna səbəb kimi ABŞ və İsrail ordularının İrana qarşı əməliyyatlar zamanı İlon Maska məxsus şirkətlərdən, o cümlədən Starlink xidmətlərindən dəstək alması göstərilir.
Bildirilir ki, İsraildə yerləşən Starlink stansiyası, eləcə də şirkətin Qətər, İordaniya, BƏƏ və Oman ərazisindəki filialları İranın hərbi hədəflər siyahısına əlavə oluna bilər.
Qeyd edək ki, məlumat hələlik yalnız Fars agentliyinin mənbəsinə əsaslanır və İran rəsmiləri tərəfindən təsdiqlənməyib./Globalinfo.az
