İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın son hücumlarına cavab olaraq Əl-Əzraq hava bazasına və İordaniyadakı ABŞ komandanlıq mərkəzinə 12 ballistik raket atıb. ABŞ vətəndaşlarına xəbərdarlıq edib.
Referans MEDİA xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın İrana qarşı son hücumlarına cavab olaraq İordaniyadakı Əl-Əzraq hava bazasına və bazadakı ABŞ komandanlıq mərkəzinə 12 ballistik raket hücumu həyata keçirdiyini açıqladı.
İran ABŞ-ın son hücumlarına qarşı daha bir cavab zərbəsi endirib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) açıqlamasında bildirilir ki, ABŞ hücumlarını cəzalandırmaq məqsədi daşıyan əməliyyat çərçivəsində İordaniyadakı Əl-Əzraq hava bazasına və bazadakı ABŞ komandanlıq mərkəzinə 12 ballistik raket atılıb. İddialara görə, çoxsaylı obyektlər və təyyarələr məhv edilib. Bu arada ABŞ Dövlət Departamenti İordaniyadakı vətəndaşlarına raket və pilotsuz təyyarə hücumları barədə xəbərdarlıq edərək bildirib: "Dərhal təhlükəsiz və etibarlı ərazilərdə sığının. Evdə qalın və yerli xəbərdarlıqlara diqqətlə əməl edin".
