image-hint-okyanusu-ndan-olen-iranli-denizciler-son-19663952_2039_ampbackend

İran dənizçiləri son mənzilə yola salındı – tabutlar bayraqlara sarılıdır

Hind okeanında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıq tərəfindən torpedo ilə partladılıb batırılan İran freqatı IRIS Dena-da həyatını itirən dənizçilər üçün İranın müxtəlif bölgələrində matəm mərasimləri keçirilib. Mərasimlər zamanı tabutlar yan-yana qoyularaq İran bayraqlarına bükülüb. Ailələr, qohumlar və hərbi zabitlər mərasim zamanı dərin kədər içində olublar.

Referans Media xəbər verir ki, hadisə yerindən yayılan görüntülərdə böyük bir anqarda düzülmüş çoxlu sayda tabuta diqqət çəkilib. Hər bir tabutun üzərinə mərhum dənizçilərin fiqurları qoyulmuşdu və mərasim iştirakçıları ehtiramlarını bildirmək üçün tabutun qarşısında dayana bilirdilər. Mərasim boyunca kədərli atmosfer hökm sürüb.

4 mart 2026-cı ildə Şri-Lanka sahilləri yaxınlığında baş verən hadisədə, ümumilikdə 180 heyət üzvü olan IRIS Dena freqatı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıq tərəfindən torpeda ilə partladılıb və batırılıb. Hücum nəticəsində ən azı 87 iranlı dənizçi həlak olub.

Hücumdan sonra Şri-Lanka sahillərində aparılan axtarış və xilasetmə əməliyyatları zamanı 84 dənizçinin ölümü qeydə alınıb və rəsmi prosedurlardan sonra İran rəsmilərinə təhvil verilib. Mərasimlərdən sonra onların nəşləri evlərinə aparılaraq dəfn olunmaq üçün ailələrinə təqdim ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki