İran Hörmüz boğazını yenidən bağlayıb.
Referans Media xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
İran Silahlı Qüvvələrinin ən yüksək səviyyəli hərbi-inzibati qurumlarından biri olan “Xatəmül-Ənbiya Mərkəzi Qərargahı”nın sözçüsü Hörmüz boğazı ilə bağlı son açıqlamasında bildirib ki, strateji boğazda tranzit hərəkəti əvvəlki “sərt hərbi nəzarət” rejiminə qaytarılıb.
Sözçü ABŞ-ni beynəlxalq sularda blokada və təzyiq siyasəti aparmaqda, eləcə də “piratlıq” etməkdə günahlandırıb. Onun sözlərinə görə, İran bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə boğaz üzərində nəzarəti gücləndirib və bütün keçidlər silahlı qüvvələrin müəyyən etdiyi qaydalara uyğun şəkildə tənzimlənir.






















