İran nüvə bombasını bu obyektdə hazırlayır – ŞOK İDDİA backend

İran nüvə bombasını bu obyektdə hazırlayır – ŞOK İDDİA 

İsrail Müdafiə Qüvvələri (IDF) İranın İsfahan əyalətindəki obyektə zərbə endirdiyini təsdiqləyib.

“Referans” xarici agentliklərə istinadən xəbər verir ki, İDF sözçüsü Aviçai Edri X hesabında ərəb dilində yerləşdirdiyi paylaşımda Tehranın həmin ərazidə nüvə silahı hazırlamaq üzərində işlədiyini iddia edib:

“İsrail müdafiə qüvvələri İran ordusunun nüvə silahı yaratmaq məqsədilə uranı zənginləşdirdiyi İsfahan əyalətindəki mühüm nüvə obyektinə zərbə endirib”.

Edri deyib ki, İran hakimiyyəti 2021-ci ildən hərbi məqsədlər üçün uranın zənginləşdirilməsi üçün obyektdə infrastruktur qurur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki