İran ölkədə xüsusi və dövlət əmlakına hücum etdikləri və cəmiyyətdə xaos yaratmağa çalışdıqları iddia edilən 54 nəfərin saxlanıldığını açıqlayıb.
Referans Media xəbər verir ki, Fars Xəbər Agentliyinin İran Polis Təşkilatının İctimai Təhlükəsizlik Bölməsinin açıqlamasına əsaslanaraq yaydığı xəbərdə bildirilib ki, son 72 saat ərzində İctimai Təhlükəsizlik Polisi vətəndaşların və dövlət əmlakına hücum edən, cəmiyyətdə xaos yaratmağı hədəfləyən 54 nəfəri saxlayıb.























