İran hakimiyyəti iyun ayında baş verən 12 günlük müharibədən sonra raket ehtiyatlarının bərpa edildiyini və hərbi potensialın artırıldığını açıqlayıb.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu-nun (SEPAH) Hərbi-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi məlumat verib.
Onun sözlərinə görə, istehsal müharibədən əvvəlki dövrlə müqayisədə bütün istiqamətlər üzrə artıb, dəyən zərər tam aradan qaldırılıb və qüvvələr maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bu açıqlamalar ABŞ prezidenti Donald Trump-ın sərt bəyanatları fonunda səslənib. Tramp ABŞ obyektlərinə hücum olacağı təqdirdə İrana cavab zərbələri endiriləcəyini bildirib.
Bundan əvvəl İran parlamentinin sədri ABŞ-nin mümkün təcavüzü fonunda Yaxın Şərqdəki Amerika obyektlərinin qanuni hədəf sayılacağını deyib. İran XİN rəhbəri Abbas Araqçı isə İsrailin ABŞ-ı açıq şəkildə münaqişəyə cəlb etməyə çalışdığını və ölkədəki zorakılıq fonunda bundan faydalanmaq istədiyini bildirib.//globalinfo.az























