image-qiriciufobackend

İran SƏMANI BAĞLADI: döyüş təyyarələri SƏRHƏDDƏ, düyməyə BASILDI!

İsrailə yaxın mənbə Al‑Arabia telekanalına açıqlamasında ABŞ-ın İrana hərbi zərbə endirəcəyi təqdirdə İsrailin öz hava məkanını bağlayacağını bildirib.

Referans Media xəbər verir ki, mənbənin sözlərinə görə, regionda təhlükəsizlik vəziyyəti kəskin şəkildə gərginləşib və mümkün eskalasiya ssenariləri fonunda qabaqlayıcı tədbirlər artıq müzakirə olunur. İsrail tərəfi ABŞ–İran qarşıdurmasının birbaşa regional müharibəyə çevrilə biləcəyini istisna etmir.

Eyni zamanda ərəb televiziya kanalları İraqın İranla sərhədinə yaxın Bəsrə şəhəri üzərində döyüş təyyarələrinin intensiv uçuşları barədə məlumat yayıb. Bildirilir ki, bu uçuşlar İran sərhədi boyunca hərbi fəallığın artdığını və bölgədə gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

Analitiklər hesab edirlər ki, ABŞ-ın İrana mümkün zərbəsi Yaxın Şərqdə domino effekti yarada bilər. Bu halda hava məkanlarının bağlanması, mülki aviasiyanın dayandırılması və ölkələrin fövqəladə təhlükəsizlik rejiminə keçməsi qaçılmaz görünür./Müsavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki