İran televiziyası Xameneinin köhnə müraciətini yaydı – Nə baş verir?backend

İran televiziyası Xameneinin köhnə müraciətini yaydı – Nə baş verir?

  İranın dövlət televiziyası ölkənin ali dini lideri Əli Xameneinin istənilən hücuma cavab verməyə hazır olması ilə bağlı əvvəlki bəyanatını yayıb.

İran mediası Xameneinin xalqa yeni müraciətlə çıxış edəcəyi barədə məlumat yaydığı halda, efirə iyunun 13-ə aid olan müraciəti verilib.

Xamenei müraciətində vurğulayıb ki, İran öz ərazisinə edilən hücumlara etinasız yanaşmayacaq, bu baxımdan ölkənin silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir.

Kanal daha sonra yayımı kəsərək arxiv görüntülərini nümayiş etdirdiyinə aydınlıq gətirib.//Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki