image-iran-umumi-bayraqlajpg-1694691153backend

İran Türkiyəni hədələyir: ABŞ bazaları “legitim hədəf” elan edildi

İranın Türkiyədə yerləşən ABŞ hərbi obyektlərini hədəf ala biləcəyi ehtimalı Türkiyə mediasında geniş müzakirə olunur və ölkə gündəminin əsas mövzularından birinə çevrilib.

Referans Media  “Azad İran”a istinadən xəbər verir ki, xüsusilə Adanadakı İncirlik Hərbi Hava Bazası və Malatya vilayətində yerləşən Kürecik radar bazasının adı mümkün hədəflər sırasında çəkilir.

İran rəsmilərinin açıqlamalarında Türkiyə, Qətər və Səudiyyə Ərəbistanında yerləşən ABŞ bazaları “legitim hədəf” kimi təqdim olunub.

Mediada yayılan məlumatlara görə, İran ABŞ tərəfindən hər hansı hücum olacağı təqdirdə bölgədə Amerika hərbi obyektlərinə cavab zərbələri endirilə biləcəyi barədə xəbərdarlıq edib. Bu çərçivədə İncirlik aviabazası ilə yanaşı, NATO-nun raketdən müdafiə sisteminin əsas elementlərindən biri olan Kürecik radar bazasının da gündəmə gəlməsi təhlükəsizlik narahatlıqlarını artırıb./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki