image-1775248537_658362436_18572250367024649_3522048123316536846_n-34backend

İrana dağıdıcı zərbə ərəfəsində Pakistandan SÜRPRİZ ADDIM

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa müraciət edib.

Referans Media xəbər verir ki, bununla bağlı o, sosial media hesabında paylaşım edib.

Şahbaz Şərif Ağ Ev rəhbərindən diplomatiyanı inkişaf etdirmək naminə İrana verilən müddətin daha 2 həftə uzadılmasını xahiş edib. Həmçinin, İran tərəfinə də eyni müddətə Hörmüz boğazını açmaq barədə təklif irəli sürüb.

“Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylər sabit, güclü və təsirli şəkildə irəliləyir və yaxın gələcəkdə ciddi nəticələr verə bilər. Diplomatiyanın öz axarı ilə davam etməsinə imkan yaratmaq üçün Prezident Trampdan müddətin iki həftə uzadılmasını səmimi şəkildə xahiş edirəm. Pakistan, bütün səmimiyəti ilə, İran qardaşlarından Hörmüz boğazını eyni müddətə – ikihəftəlik – xoşməramlı jest kimi açmağı xahiş edir. Biz həmçinin bütün müharibə tərəflərini ikihəftəlik ümumi atəşkəsə riayət etməyə çağırırıq ki, diplomatiya müharibənin qəti şəkildə dayandırılmasına nail ola bilsin. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması baxımından vacibdir”, – paylaşımda deyilir.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki