İranda MOSSAD-a qarşı əməliyyat: saxlanılanlar var

İranda “MOSSAD”la əlaqəli 35 nəfər saxlanılıb.

Referans Media xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu şəxslər terror fəaliyyəti, separatçılıq və qanunsuz silah dövriyyəsində ittiham olunurlar.

Keçirilən əməliyyat zamanı onların üzərindən və gizli yerlərdən müxtəlif silahlar, sursat və əldəqayırma partlayıcı qurğular aşkar edilərək müsadirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki