image-iran-israil-usabackend

İranda ölən generalların adları açıqlandı – SİYAHI

ABŞ və İsrailin hücumu nəticəsində ölən bir sıra yüksək rütbəli hərbçilərin adları açıqlanıb.

Referans Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Ölən şəxslər arasında aşağıdakılar yer alır:

– general-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri
– general-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini
– general-mayor, pilot Möhsün Dərəbaği – Silahlı Qüvvələrin təminat və logistika üzrə müavini

– general-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisinin rəhbərinin müavini
– general-mayor Qulamrza Rzaiyan – FARAJA (İranın hüquq-mühafizə orqanları) Kəşfiyyat Təşkilatının rəhbəri
– general-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat idarəsinin planlaşdırma və əməliyyat şöbəsinin rəisi
– general-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri

Açıqlamada qeyd olunur ki, İran xalqı müqavimət və mövqeyindən geri çəkilməyəcək və ölkənin siyasi-dini xətti davam etdiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki