image-ismail-kaani-ajanbackend

İranda ŞOK: Xain elan edilən İsmayıl Qaani dindirildi

ABŞ və İsrailin 28 fevral səhəri İrana qarşı həyata keçirdiyi hava hücumlarında, İran dini lideri Əli Xamenei başda olmaqla çox sayda yüksək səviyyəli rəsmi öldürülüb. Hücumdan sağ çıxan tək şəxs isə İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani olub.

Referans Media xəbər verir ki, İsmayıl Qaani, bu hücumdan sağ çıxan tək şəxs olaraq diqqət mərkəzinə düşüb. Qeyd edək ki, İsmayıl Qaani daha əvvəl də İsrailin iki hücumundan sağ çıxmışdı. Bu hadisələr onun üzərində “agent” ittihamlarını gündəmə gətirib.

Mossad iddiaları rədd edib

Əvvəllər Qaani ilə bağlı “İsrailin cəsusu” olduğu barədə iddialar səsləndirilmişdi. Lakin Mossad bu iddiaları rədd etmişdi və bildirmişdi ki, “İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani bizim cəsusumuz deyil.”

2020-ci ildə öldürülən əvvəlki Qüds Qüvvələrinin lideri Qasım Süleymaninin yerinə təyin edilmiş Qaani, İranın xarici əməliyyatlarından məsul yüksək səviyyəli komandan olaraq tanınır. “Prosesin sonunda həqiqət ortaya çıxacaq” deyən Qaani, son hadisələr və üzərinə atılan ittihamlar səbəbindən dindirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki