image-iran-5-ulkeden-savas-tazminati-talep-etti-19747127_8381_ampbackend

İrandan sərt qərar: 5 ölkədən kompensasiya tələb etdi

İran müharibədən sonra yaranan zərərə görə regiondakı 5 ölkədən Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan kompensasiya tələb edib. 

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani açıqlamada bildirilib ki, bu ölkələr beynəlxalq öhdəliklərini pozaraq münaqişə zamanı dolayısı ilə rol oynayıb və buna görə məsuliyyət daşıyırlar.

Referans Media xəbər verir ki, iddialara görə, tələb olunan kompensasiya təkcə maddi zərərləri deyil, müharibənin yaratdığı bütün insan və infrastruktur itkilərini də əhatə edir.

Tərəflər bir-birini qarşılıqlı ittihamlarla günahlandırır. Körfəz ölkələri isə İranın müharibə zamanı öz ərazilərinə hücumlar təşkil etdiyini bildirərək cavab verir.

Analitiklər hesab edir ki, bu addım onsuz da gərgin olan diplomatik prosesi daha da çətinləşdirə bilər. Xüsusilə ABŞ ilə aparılan danışıqlarda yeni mübahisə mövzusu yaranıb.

Müharibədən sonra enerji bazarlarında dalğalanmalar davam edir. Hörmüz Boğazı ətrafında yaranan gərginlik dünya neft tədarükünü də risk altına salıb.

Hazırda beynəlxalq ictimaiyyət tərəfləri yeni eskalasiyadan çəkinməyə çağırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki