ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə zamanı öldüyü, edam edildiyi və ya İsrailə sığındığı iddia edilən İsmayıl Kaani haqqında rəsmi açıqlama verib.
Referans Media xəbər verir ki, İranın Bağdad səfiri Məhəmməd Kazım Əli Sadiq bildirib ki, Kaani hələ də vəzifəsinin başındadır və əməliyyatları şəxsən idarə edir: “Kaani hazırda meydandadır və müharibə əməliyyatlarının koordinasiyasını özü həyata keçirir.”
İsmayıl Kaani, İran İnqilab Keşikçilərinin Qüds Qüvvələrinin komandanıdır. 1957-ci ildə İranın Məşhəd şəhərində doğulan Kaani, 1979-cu ildə İran İnqilabından sonra İnqilab Keşikçilərinə qatılıb və 1980–1988-ci illər arasında İran-İraq Müharibəsində aktiv hərbi xidmət göstərib.
Uzun illər ərzində Qüds Qüvvələrində yüksək vəzifələrdə çalışan Kaani, xüsusilə Əfqanıstan və Pakistan xəttindəki əməliyyatlarda önəmli rol oynayıb. ABŞ tərəfindən sanksiya siyahısına daxil edilən Kaani, regional milislərlə əlaqələrin qurulmasında da əhəmiyyətli fiqur sayılır.
Kaani, daha əvvəl də bir neçə yüksək riskli əməliyyatdan sağ çıxıb. Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən əvvəl bombalanan binadan vaxtında uzaqlaşıb. 12 Günlük Savaş zamanı İranlı yüksək vəzifəli hərbi rəsmilərin toplantısına edilən hücumdan əvvəl binadan çıxaraq sağ qalıb. Buna baxmayaraq, Kaani ilə bağlı müxtəlif fərziyyələr davam edirdi. İranın dini lideri Əli Xamenei ilə görüşdüyü vaxtdan sonra baş verən hücumlar onun mövqeyinə dair suallar yaradıb.
Kaani, 2020-ci ilin yanvarında öldürülən Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin yerinə gətirilib. Süleymani ilə müqayisədə daha az tanınsa da, İranın regional stratejisində kritik rol oynayır.























