İranın İsrailə raket hücumu: iki azərbaycanlı öldü – FOTOLAR

İranın İsrailə atdığı raket zərbələri nəticəsində iki azərbaycanlı həlak olub.

Referans Media lent.az-a istinadən xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb.

Məlumata görə, həlak olanlar Amid Murtuzov və Rüstəm Qulamovdur. Onlar Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində ölüblər.

Hər iki həmyerlimizin tikinti sahəsində çalışdığı və iş zamanı öldükləri bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki