İranın kiberhücumu İsrailin dəmir yolu sistemini sıradan çıxardı – İran xəbər agentliyi

İranın Kiberhücumu nəticəsində İsrailin dəmir yolu sistemi iflic olub.

Referans Media İranın Fars News Agency agentliyi-nə istinadən xəbər verir ki, İran tərəfindən həyata keçirildiyi iddia olunan kiberhücum nəticəsində İsrail dəmir yolu sistemi fəaliyyətini dayandırıb.

Məlumata görə, hücum nəticəsində İsrailin dəmir yolu şəbəkəsinə müdaxilə edilib və sistem müvəqqəti olaraq sıradan çıxarılıb.

Agentliyin yaydığı xəbərdə bildirilir ki, kiberhücumdan sonra İsrailin dəmir yolu infrastrukturu ciddi problemlərlə üzləşib və vəziyyət tam nəzarətə götürülənə qədər bütün stansiyaların təhlükəsiz hesab edilmədiyi vurğulanıb.

“İsrailin dəmir yolları haker hücumuna məruz qalıb. Kiberhücum nəticəsində düşmənin dəmir yolu sistemi iflic vəziyyətinə düşüb. Növbəti xəbərdarlığa qədər bütün dəmir yolu stansiyaları təhlükəsiz hesab edilmir”, – deyə məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki