Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində, “Palm Jumeirah” bölgəsində İranın atdığı raketlərdən biri “Fairmont The Palm” otelinin yaxınlığına düşüb. Olay nəticəsində ən azı dörd nəfər yaralanıb, vəziyyət yanğınsöndürənlər tərəfindən nəzarət altına alınıb. Hava müdafiə sistemləri isə bir çox raketi zərərsizləşdirib.
Referans Media xəbər verir ki, moda dünyasının məşhur siması Ivana Sert, bir müddət oğlu Ateş ilə Dubayda istirahət edirdi. 28 fevral şənbə axşamı, İranın ABŞ və İsrailə qarşı əməliyyatına cavab olaraq atılan raketlər səbəbindən Ivana Sert və oğlu yerləşdikləri bölgədə qalıb.
Ivana Sert sosial mediada bunları paylaşdı: “Anormal günlər yaşayırıq. Siqnallar işləməyə davam edir. Bu qorxuludur. Ölkəmizə qayıdacağımız gün uçuşlar ləğv edildi. Bir an əvvəl Türkiyəyə gəlmək istəyirik.”
“Biz yaxşıyıq, hələ buradayıq, Ateş ilə. Təbii ki qorxduq, roket və bomba səslərini eşitmək yaxşı bir şey deyil. Hazırda hər şey yolunda görünür və sakitləşir. Çox küçəyə çıxmayın, buradakılara tövsiyəm budur. Sabahdan etibarən hər şey normala dönəcək.”
İranın ABŞ və İsrailə qarşı əməliyyatları nəticəsində Körfəz ölkələrinə də hücumlar edilib. Bu hadisələr Dubayda və BƏƏ-nin digər ərazilərində gərginliyi artırıb və təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb.






















