İsrail Tehrandakı “Bəsic” məntəqələrinin koordinatlarını iranlılardan alıb.
Referans Media xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“İran sakinləri məlumatları İsrailin farsdilli sosial media hesabları vasitəsilə ötürürlər. Alınan məlumatlar İsrail hakimiyyəti tərəfindən təsdiqlənir və yalnız dəqiqlik təsdiqləndikdən sonra zərbə endirilir.
İsrailin “Hermes” pilotsuz təyyarəsi Tehrandakı “Bəsic” məntəqələrinə məhz belə hücum edib və rejimin təhlükəsizlik qüvvələrinin bir neçə üzvünü öldürüb”, – məlumatda bildirilib.






















