image-teyyare-1backend

İraq hava məkanını açdı

İraqda mülki aviasiyanın fəaliyyəti tam bərpa olunub.

Referans Media  xəbər verir ki, İraq Mülki Aviasiya İdarəsinin verdiyi rəsmi bəyanata görə, 8 aprel tarixindən etibarən ölkənin hava məkanı bütün uçuşlar üçün yenidən açılıb.

 

Qərara əsasən, ölkə daxilindəki bütün hava limanlarında əməliyyatlar və təyyarə qəbulları bərpa edilib.

Qeyd edək ki, regionda, xüsusilə İranla bağlı yaşanan gərginlik və münaqişə fonunda təhlükəsizlik tədbiri olaraq İraqın hava məkanı mülki uçuşlar üçün bağlanmışdı. Hazırda risklərin qiymətləndirilməsindən sonra hava nəqliyyatının hərəkətinə qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.

Xatırladaq ki, sözügedən qərar həm yerli, həm də beynəlxalq aviaşirkətlərin İraq üzərindən tranzit keçidini və ölkəyə birbaşa reyslərini yenidən təmin edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki