ABŞ-ın “KC-135” yanacaq dolduran təyyarəsinin 6 heyət üzvünün hamısı İraq üzərində qəza nəticəsində ölüb.
Referans Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X”də bildirib.
“İraqın qərbində qəzaya uğrayan ABŞ-nin “KC-135″ yanacaq dolduran təyyarəsinin 6 heyət üzvünün hamısı ölü hesab edilir”, – bəyanatda qeyd edilib.
Qeyd edək ki, təyyarə martın 12-də “Epik qəzəb” əməliyyatı çərçivəsində İraqın hava məkanından uçarkən qəzaya uğrayıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Eyni zamanda CENTCOM vurğulayıb ki, təyyarənin qəzaya uğramasına nə düşmən, nə də dost atəşi səbəb olub.//publika.az
***
İraqda ABŞ-a məxsus “KC-135” yanacaq doldurma təyyarəsi qəzaya uğradığı barədə məlumat vermişdik.
Hadisə nəticəsində 4 ekipaj üzvünün həlak olduğu təsdiqlənib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Hadisənin baş vermə səbəbləri araşdırılır. Lakin hadisə düşmən və ya dost atəşi nəticəsində baş verməyib”, – deyə bəyanatda qeyd olunub.//publika.az























