Ermənistan hökuməti Qarabağdan könüllü köçən ermənilərin özünüməşğulluğunu dəstəkləmək üçün əlavə 216 milyon dram (580 min dollardan çox) ayırmaq qərarına gəlib.
Referans Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“2025-ci ilin dekabr ayında təsdiq edilmiş proqrama əsasən, hər bir benefisiara öz kiçik biznesini qurmaq üçün 12 aylıq məsləhətləşmələr də daxil olmaqla 2 milyon dram (5,4 min dollar) məbləğində dəstək ayrılır. Bir ildən sonra, əgər biznes 6 ay davam edərsə və dövriyyə 3 milyon dram (8,1 min dollar) və ya daha çox olarsa, benefisiar istehsal avadanlığının və ya digər əsas vəsaitlərin alınması üçün 1 milyon dram məbləğində kompensasiya ala bilər”, - məlumatda deyilib.
Qeyd olunub ki, əlavə vəsaitlərdən (əsas vəsaitlər nəzərə alınmadan) istifadə etməklə proqramın 200 nəfər üçün həyata keçirilməsi planlaşdırılır./axar.az
