İsrailin Beyruta hücumu nəticəsində dörd İran diplomatı həlak olub.
Referans Media xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani martın 8-də bildirib ki, İsrailin Beyrut şəhərinə endirdiyi zərbə nəticəsində dörd İran diplomatı həlak olub. Bu barədə o, Antonio Quterreşə ünvanladığı rəsmi məktubda məlumat verib.
Məktubda qeyd olunur ki, 8 mart 2026-cı il səhər saatlarında İsrail Beyrutdakı Ramada Hotel Beirut otelinə məqsədli hücum həyata keçirib. Nəticədə İran İslam Respublikasının dörd diplomatı həyatını itirib.
Sənəddə vurğulanır ki, diplomatik obyektlər və diplomatik nümayəndəliklər beynəlxalq hüquqa görə hədəfə alınmamalıdır. İran tərəfi İsrail hakimiyyətinin Beyruta endirdiyi zərbələri qəti şəkildə pislədiyini və bu hərəkətləri cinayət kimi qiymətləndirdiyini bildirib../infoaz.media























