İsrail bu ölkəni HƏDƏF ALDI - Bombardman edilir

İsrail Müdafiə Ordusu (SAXAL) həftəsonu ərzində Livanın cənubunda "Hizbullah" qruplaşmasının mövqelərinə intensiv hava və quru zərbələri endirib.


Referans Media  xəbər verir ki, əməliyyat nəticəsində İsrail qüvvələrinin yaxınlığında fəaliyyət göstərən 10-dan çox yaraqlı zərərsizləşdirilib.
 
Hücumlar zamanı təşkilata məxsus 40-dan çox strateji obyekt hədəf alınıb.

Vurulan hədəflər arasında hərbi məqsədlər üçün istifadə edilən binalar, silah-sursat anbarları, raketatıcı qurğular və digər mühüm infrastruktur elementləri yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki