İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcək.
Referans Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun farsdilli nümayəndəsi Kamal Penhasi deyib.
K.Penhasi elan edib ki, yaxın saatlarda İsrailin Müdafiə Ordusu İranın hərbi infrastrukturuna zərbə endirəcək:
“Hörmətli sakinlər, təhlükəsizliyiniz üçün sizdən göstərilən əraziləri dərhal tərk etməyinizi xahiş edirik”.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu başlatdığı “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.