İranın hücumları nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb, 15 mindən çox insan evini itirib.
Bu barədə İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib.
Onun sözlərinə görə, müharibə başlayandan bəri İsrail ərazisinə 550-yə yaxın raket atılıb, 1 000-dən çox pilotsuz uçuş aparatı buraxılıb.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib. İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib./Teleqraf