İsrail İrana zərbə endirdi, təhlükəsizlik qərargahı məhv edildibackend

İsrail İrana zərbə endirdi, təhlükəsizlik qərargahı məhv edildi

  İsrail Hərbi Hava Qüvvələri İran rejiminin daxili təhlükəsizlik qərargahını məhv edib.

Referans xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri İran rejiminin daxili təhlükəsizlik qərargahını – onun əsas repressiv alətini – məhv edib. Bizim əvvəlcədən də bildirdiyimiz kimi, ayətullahlar rejiminin hakimiyyət simvollarını məhv etməyə və onlara hər yerdə zərbə endirməyə davam edəcəyik”, – deyə nazir Kats “X” platformasında yazıb./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki