İsrail komandoları İranın dərinliklərinə girib – İLK DƏFƏbackend

İsrail komandoları İranın dərinliklərinə girib – İLK DƏFƏ

  İsrail–İran müharibəsi zamanı İsrail xüsusi təyinatlı qüvvələri İran ərazisində tapşırıqlar yerinə yetiriblər.

Referans Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib.

Televiziya ilə çıxışı zamanı o deyib ki, İsrailin İranın hava məkanına nəzarət etməsi həm də “komando quru qüvvələri” sayəsində mümkün olub.

“Qüvvələrimiz düşmən ərazisinin dərinliklərində gizli şəkildə fəaliyyət göstərib və bizim üçün əməliyyat azadlığını təmin edib”, – o bildirib.

Qeyd edək ki, Zamir İsrail hərbçilərinin İran ərazisində əməliyyat həyata keçirdiyini söyləyən ilk yəhudi rəsmisidir. “Kampaniya hələ başa çatmayıb. Biz sayıq olmalıyıq – qarşıda bizi bir çox çətinliklər gözləyir”, – o əlavə edib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki