image-xezer-gemibackend

İsrail Qəzzaya gedən gəmiləri ələ keçirdi

İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağına doğru hərəkət edən və dəniz blokadasına etiraz məqsədi daşıyan flotiliyanı dayandırıb.

Referans Media  xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Hərbi Dəniz Qüvvələri gecə saatlarında Yunanıstanın Krit adası yaxınlığında “Qlobal Sumud Donanması”na aid 58 gəmidən 21-ni nəzarətə götürüb.

Digər gəmilərə istiqaməti dəyişmək barədə xəbərdarlıq edildiyi, əks halda onların da saxlanılacağı bildirilib.

Saxlanılan gəmilərdə olan 175 fəal nəzarətə alınıb və onların arasında Türkiyə vətəndaşları da var”, – deyə qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki