İsrail və ABŞ hərbi təlimlərə başladı

İsrail ordusu ABŞ və İsrail donanmaları arasında bir həftə davam edəcək birgə hərbi təlimin başladığını elan edib.

Referans Media xəbər verir ki, İsrail ordusunun bəyanatında təlimlərlə bağlı bəyanat yayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması və İsrail Hərbi Dəniz Qüvvələrinin ünsürləri “strateji və əməliyyat əməkdaşlığını gücləndirmək” üçün birgə dəniz təlimi keçiriblər.

Bəyanatda deyilir ki, təlimin məqsədi “iki donanma arasında strateji və əməliyyat əməkdaşlığı və müxtəlif regional təhlükələrlə mübarizə təcrübəsini gücləndirməkdir”.

İsrail ordusunun minlərlə dənizçi göndərdiyi bir həftəlik təlimin 2022 və 2023-cü illərdə də keçirildiyi xatırladılıb.

İsrail ordusu təlimin harada keçirildiyini açıqlamayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki