İsrail Ordusu bildirib ki, Livan ərazisində “Hizbullah” tərəfindən həyata keçirilən raket hücumu nəticəsində ölkənin şimalında səkkiz hərbçi yaralanıb.
Referans Media xəbər verir ki, ordunun açıqlamasına görə, yaralananlardan beşi ağır vəziyyətdədir.
Bildirilir ki, səkkiz hərbçi Livan sərhədinə yaxın ərazidə yerləşən hərbi mövqeyə raketin düşməsi nəticəsində ağır xəsarətlər alıb.
Hadisədən dərhal sonra yaralı hərbçilər tibbi yardım göstərilməsi üçün xəstəxanaya təxliyə olunublar.
Məlumata görə, raket zərbəsi nəticəsində yüngül xəsarət alanlar arasında İsrailin maliyyə naziri Bezalel Smotriçin oğlu da var.//globalinfo.az























