image-the-wall-street-journal-israil-iran-i-vurdu-625969backend

İsrailə yeni raket hücumları başladı

İran İsrail ərazisinə yeni raket zərbələri endirməyə başlayıb.

Referans Media xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Amma hədəflər və ya atılan raketlərin sayı barədə heç bir məlumat verilməyib.

İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti isə bəyan edib ki, İrandan İsrail istiqamətində raket buraxılışı qeydə alınıb, Hava Hücumundan Müdafiə (HHM) sistemləri təhlükənin aradan qaldırılması üzərində işləyir.

İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatında bildirilib: “Bir müddət əvvəl IDF qüvvələri İrandan İsrail ərazisinə doğru raket buraxılışı qeydə alıb. HHM sistemləri raketlərin zərərsizləşdirilməsi üzərində işləyir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki