İsrailin xarici işlər naziri Gideon Saar rəsmi səfərlə Kiyevə gəlib.
Referans xəbər verir ki, səfər çərçivəsində o, Ukrayna prezidenti Volodimir Zelenski və xarici işlər naziri Andrey Sıbiqa ilə görüşməyi planlaşdırır.
“Axios”un jurnalist Barak Ravidə istinadən verdiyi məlumata görə, Saar 2023-cü ilin fevralından bəri Ukraynaya səfər edən ən yüksək vəzifəli İsrail rəsmisidir.
Həmin vaxt Kiyevə onun sələfi Eli Koen səfər edib./Globalinfo.az