Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən ayrıldıqdan sonra parlamentdən getməyəcək və İcmalar Palatasının üzvü kimi fəaliyyətini davam etdirəcək.
Referans Media xəbər verir ki, bu barədə “Sky News” onun rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, bəzi sabiq baş nazirlər kimi deputat mandatından da imtina edərək növbədənkənar seçkilərə yol açacağı ehtimalı səslənsə də, Starmerin nümayəndəsi onun parlamentdə qalacağını təsdiqləyib.
Bildirilir ki, Starmer Nazirlər Kabinetinin son iclasında nazirlərə müraciət ünvanlayaraq, “Bu, mənim yolumun sonudur, amma siz davam edirsiniz”, – deyə bildirib.
Starmerin növbəti leyborist hökumətinin uğur qazanmasında maraqlı olduğu və siyasi varisliyin qorunmasını vacib saydığı vurğulanır./globalinfo.az
