Almaniyada 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq

Almaniya hakimiyyəti 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq niyyətindədir.

Referans Media xəbər verir ki, Almaniyanın ailə naziri Karin Prien TikTok, Instagram və Snapchat kimi sosial media platformalarından müstəqil istifadə üçün minimum yaş həddini 13 olaraq təyin etməyi təklif edib.

Bu təşəbbüs uşaqları pornoqrafik məzmuna çıxış, onlayn təcavüz, eləcə də sosial platformalardan həddindən artıq istifadədən uzaqlaşdırmaq məqsədi daşıyır.

Nazir vurğulayıb ki, qaydalar Avropa İttifaqı səviyyəsində qəbul edilməlidir: "Avropa səviyyəsində addımlar atılmasa, Almaniyanın milli hüquqi mexanizmlər hazırlamağa başlayacaq".

Təklif olunan model sözdə "icazə mexanizmi"ni nəzərdə tutur. 13 yaşdan kiçik uşaqlar yalnız xüsusi uyğunlaşdırılmış və təhlükəsiz xidmətlərdən istifadə edə biləcəklər. 13-18 yaşlı istifadəçilər üçün potensial riskli funksiyaların standart olaraq söndürülməsi də daxil olmaqla, tədricən məhdudiyyətlər və qoruyucu tədbirlər sisteminin tətbiqi təklif olunur.

Təşəbbüs, onlayn platformaların tənzimlənməsi üçün 56 təklif təqdim edən Rəqəmsal Dünyada Uşaqların və Yeniyetmələrin Müdafiəsi üzrə Ekspert Komissiyasının tövsiyələrinə əsaslanır.

Komissiya qeyd edib ki, Almaniyada təxminən 300 min yeniyetmə sosial şəbəkələrdən asılılıqdan əziyyət çəkir.

Eyni zamanda, komitə yaş məhdudiyyətləri ilə bağlı konsensusa gələ bilməyib. Bəzi ekspertlər hesab edirlər ki, uşaqların internetə çıxışını tamamilə məhdudlaşdırmaq səmərəsiz ola bilər. Əsas istiqamət rəqəmsal təhsil və internetdən təhlükəsiz istifadə bacarıqlarının inkişaf etdirilməsi olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki