Avropa Şurası Parlament Assambleyası Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib.
Referans Media xəbər verir ki, AŞPA-nın 83 deputatı qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.
Qətnamədə qeyd olunub ki, Gürcüstanda demokratik geriləmə, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və fərqli düşüncəyə qarşı təzyiqlər azalmır.
“Gürcüstanda demokratiyanın davam edən çöküşü və assambleyanın bu məsələni həll etmək üçün tövsiyələrinə cavab verilməməsi hökumətin Gürcüstanın üzvlük öhdəliklərini yerinə yetirməyə və Avropa Şurasına qoşulmağa hazırlığına ciddi şübhələr yaradır”, - deyə sənəddə vurğulanıb./Publika.az
