İsveç sığınacaq axtaranlar üçün daimi yaşamaq icazəsini ləğv edir

İsveç Parlamenti sığınacaq axtaran şəxslərə verilən daimi yaşamaq icazələrinin ləğvini nəzərdə tutan hökumət dəstəkli qanun layihəsini qəbul edib.

İsveç Dövlət Radiosunun (SR) yaydığı məlumata görə, parlamentdə keçirilən səsvermədə sığınacaq axtaranlar və bəzi digər miqrant kateqoriyaları üçün daimi yaşamaq icazələrini ləğv edən qanun layihəsi səs çoxluğu ilə təsdiqlənib.

Yeni qaydalara əsasən, iyulun 12-dən etibarən İsveçdə sığınacaq axtaranlara və müəyyən digər miqrant qruplarına yalnız müvəqqəti yaşamaq icazəsi veriləcək.

Bununla yanaşı, yeni tətbiqin hazırda daimi yaşamaq icazəsinə malik olan şəxslərə şamil edilməyəcəyi bildirilib. Qeyd olunub ki, gələcəkdə ediləcək müraciətlərdə daimi yaşamaq icazəsi almaq imkanı tamamilə aradan qaldırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki