image-sirra-kadem-basan-3-cocuk-annesi-kadin-24-yil-19594949_6722_ampbackend

İtkin düşən ana 24 il sonra geri döndü – Ailəsi hələ də şokdadır

2001-ci ildə Milad alış-verişi üçün evdən çıxacağını deyərək evdən ayrılan və 24 il boyunca axtarılan 3 övlad anası Mişel Hundli Smit sağ-salamat tapılıb. ABŞ-ın Şimali Karolina ştatında baş verən bu hadisə ailəsini həm sevindirdi, həm də təəccübləndirdi.

Referans Media xəbər verir ki, Smit, 7, 14 və 19 yaşlarındakı övladlarını evdə qoyaraq alış-verişə gedəcəyini demiş, lakin geri qayıtmayıb. Onun yoxa çıxması həm yerli, həm də federal səviyyədə genişmiqyaslı axtarışlara səbəb olmuş, həm Ştat polisi, həm də FTB uzun illər boyunca axtarış aparmışdı, lakin nəticə əldə edilməmişdi.

24 il sonra, Rokinqem bölgəsinin polis idarəsi Smitin sağ və sağlam olduğunu açıqlayıb. Lakin qadının istəyi ilə onun harada olduğu ictimaiyyətlə paylaşılmayacaq.

Smitin ailəsi uzun illər davam edən bu məlumatsızlıqdan sonra hələ də təəccüblənir. Bu gün 62 yaşında olan Smitin qohumu Barbara Byrd yerli mətbuata açıqlamasında bildirib ki, illər boyu ümidləmi gözləyiblər, yoxsa yas tutublar, bilmirlər. Byrd əlavə edib ki, “2001-ci ildə nə baş verdi?” sualı hələ də cavab gözləyir.

Smitin qızı Amanda sosial mediada paylaşım edərək, qarışıq duyğular içində olduğunu bildirib. O, həm xoşbəxtlik, həm qəzəb, həm də inciklik hiss etdiyini deyib. Amanda anası ilə yenidən münasibət qurub-qura bilməyəcəyini hələ müəyyən edə bilmədiyini bildirib, lakin sözlərinə “Yenə də anam da hamımız kimi insandır” ifadəsini əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki