İzmir şokda: Onlarla pişik ölü tapıldı

İzmirin Buca rayonunda dəhşətli hadisə baş verib. Küçə kənarında yerləşən zibil konteynerlərinin yaxınlığında 33 pişiyin ölü halda tapıldığı bildirilib.

Referans Media xəbər verir ki, İzmir Baş Prokurorluğu hadisə ilə bağlı dərhal istintaq başladıb. Rəsmi açıqlamaya görə, sosial şəbəkələrdə yayılan məlumatlardan sonra əraziyə polis və aidiyyəti qurumlar cəlb olunub.

Məlumatda qeyd olunur ki, ərazidə həm böyük, həm də bala pişiklər olmaqla ümumilikdə 33 heyvanın ölü olduğu müəyyən edilib. Hadisə Heyvanların Mühafizəsi Qanunu No. 5199 çərçivəsində araşdırılır.

Hazırda hadisənin bütün detalları araşdırılır və məsul şəxslərin müəyyənləşdirilməsi üçün istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki