Ramzan Kadırovun kiçik oğlu Adam Kadırov avtomobil qəzasına düşüb. Hadisə ilə əlaqədar Qroznıda yollar bağlanıb.
Referans Media xəbər verir ki, belə bir iddia ilə “Kavkaz.Realii” çıxış edib.
Məlumata görə, 18 yaşlı Adam Kadırovun vəziyyəti ağırdır. Onun reanimasiyada olduğu və Moskvaya aparılması üçün hazırlıq görüldüyü iddia olunur.
Məlumata əsasən, Kadırovun oğlunun korteji yüksək sürətlə hərəkət edib. Yolda gözlənilməz maneə səbəbindən avtomobillər bir-birinə çırpılıb və nəticədə Adam Kadırovla yanaşı çox sayda xəsarət alanların olduğu bildirilir.
Hazırda hadisə ilə bağlı rəsmi təsdiq yoxdur. İddialara görə, Adam Kadırov huşsuz vəziyyətdədir.//globalinfo.az























