Kanadada bir nəfərdə hantavirus aşkarlandı

Kanadada hantavirus (siçan virusu) yayılmış “MV Hondius” kruiz gəmisindən qayıdan və karantinə alınan 4 nəfərdən birinin testi pozitiv çıxıb.

Səhiyyə rəsmiləri bildiriblər ki, yüngül qızdırma və baş ağrısı şikayətləri olan şəxs xəstəxanaya yerləşdirilərək izolasiya olunub. Vəziyyətinin stabil olduğu açıqlanıb.

Digər şəxslərdən biri müşahidə altına alınıb, biri xəstəxanaya göndərilib, dördüncü şəxsin isə evdə karantin prosesi davam edir.

Mütəxəssislər virusun Cənubi Amerikadakı gəmiricilərdə rast gəlinən “Andes virusu” ilə 97 faiz uyğunluq göstərdiyini bildirib. Yeni təhlükəli mutasiya aşkarlanmayıb.

Qeyd edək ki, “MV Hondius” gəmisində hantavirus şübhəsi ilə indiyədək 3 nəfər həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki