Kənd yumurtası bahalaşıb - VİDEO

Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. 


Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35–40 qəpiyə satılır.

Referans Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqların daha az yumurtlaması ilə əlaqələndirirlər.

Bakıda isə ferma yumurtası 16–25 qəpik, kənd yumurtası 35–40 qəpik arasında dəyişir. Satıcılar kənd yumurtasının az olması səbəbindən ona tələbatın yüksək olduğunu bildirirlər.

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki