Pezeşkian Putinlə nə vaxt görüşəcək? – Özü danışdı

İran Prezidenti Məsud Pezeşkian Rusiyaya səfər etməyi və Prezident Vladimir Putinlə yaxın vaxtlarda görüşməyi planlaşdırır.

Referans Media xəbər verir ki, Pezeşkian bu barədə Tehranda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

İran Prezidenti Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun sammitində iştirak edəcəyini açıqlayıb.

“Rusiya Prezidentinə mənim də salamlarımı çatdırın. Rusiyaya qarşıdakı səfərimizi səbirsizliklə gözləyirik və yaxın vaxtlarda görüşəcəyimizə ümid edirik”, – deyə Pezeşkian vurğulayıb.

O, həmçinin Rusiya Prezidenti Vladimir Putinə, Rusiya hökumətinə və xalqına son hadisələrlə bağlı nümayiş etdirdikləri qətiyyətli mövqeyə görə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, Qaz İxrac Edən Ölkələr Forumunun VIII sammitinin oktyabrın 27-də Moskvada keçirilməsi planlaşdırılır../Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki