Qəpiyinizi kəsirlərsə, DƏRHАL BU DÖVLƏT QURUMUNA ZƏNG EDİN! – Cəzası ağır olacaq!

Valyuta mübadiləsi zamanı bəzi vətəndaşlar hesablanmış məbləğin qəpik hissəsini tam ala bilmədiklərini bildirirlər. Bu hal müştərilərin hüquqları və valyuta mübadiləsi məntəqələrinin məsuliyyəti ilə bağlı suallar yaradır. Vətəndaşlar hesablanmış məbləğin tam ödənilməli olduğunu düşünür, belə hallarla qarşılaşdıqda isə hara müraciət etməli olduqlarını bilməyə bilərlər.

Referans Media-ya açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu problemin həlli üçün əlavə və ciddi mexanizmlərin yaradılmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, vətəndaşın hesablanmış pul qalığını almaq hüququ var və bu hüquq tələb edilməlidir.

İqtisadçı qeyd edib ki, valyuta mübadiləsi zamanı vətəndaş hesablanmış məbləğin qəpik hissəsini ala bilmədikdə, bununla bağlı aidiyyəti qurumlara məlumat verməlidir. Onun fikrincə, belə hallarla üzləşən şəxslər həm Azərbaycan Mərkəzi Bankına, həm də istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

Natiq Cəfərli vurğulayıb ki, vətəndaşlar hüquqlarının pozulduğunu düşündükləri hallarda məsələni diqqətdən kənarda qoymamalı, öz haqlarını tələb etməlidirlər. Onun sözlərinə görə, müştərilərin hüquqlarının qorunması üçün xüsusi qanunvericilik mexanizminin yaradılmasına zərurət yoxdur, çünki mövcud Azərbaycan qanunvericiliyi bu istiqamətdə vətəndaşların hüquqlarını qoruyur.

İqtisadçı hesab edir ki, əsas məsələ vətəndaşların öz hüquqlarını bilməsi və belə hallarla qarşılaşdıqda müvafiq qurumlara müraciət etməsidir. Bu, həm müştərilərin hüquqlarının müdafiəsinə, həm də valyuta mübadiləsi zamanı yaranan problemlərin araşdırılmasına kömək edə bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki