Maşın bazarında son durum: qiymətlər necə dəyişəcək?- AÇIQLAMA

Azərbaycanda avtomobil idxalında kəskin azalma müşahidə olunur. Xüsusilə həm daxili yanma, həm də elektrik mühərriki ilə hərəkət edən hibrid avtomobillərin, eləcə də yalnız elektrik mühərriki ilə işləyən elektromobillərin ölkəyə gətirilməsinin azalması diqqət çəkir. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana avtomobil idxalında azalma qeydə alınıb.

Referans Media  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, daxili yanma və elektrik mühərrikləri ilə hərəkət edən, xarici enerji mənbəyindən doldurulmayan avtomobillərin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 12 555 ədəddən 5 174 ədədə düşüb. Bu, təxminən 2,4 dəfə azalma deməkdir. Xarici enerji mənbəyindən doldurulan hibrid avtomobillərin idxalı isə 31 873 ədəddən 11 621 ədədə enib. Azalma 63,5 faiz təşkil edib. Yalnız elektrik mühərriki ilə hərəkət edən avtomobillərin idxalı da azalıb. Belə ki, elektromobillərin sayı 1 559-dan 680-ə düşüb. Bu, 56,4 faiz azalma deməkdir.

Qeyd edək ki, 2026-cı il yanvarın 1-dən etibarən Azərbaycana idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb.

Bakıda taksi heç də ucuz deyil” - Eldəniz Cəfərov Pravda.az

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Elektromobillərin infrastrukturunun olması vacib məsələdir. Söhbət burada enerji doldurma məntəqələrindən gedir. Enerji doldurma məntəqələrinin sayının azlığı belə nəqliyyat vasitələrinin vətəndaşlar tərəfindən alınmasını bir qədər şərtləndirici etmir.

Hibrid avtomobillərə gəldikdə isə  əvvəl əlavə dəyər vergisindən azadolunma güzəştləri tətbiq olunmuşdu. İndi o güzəştlərin müddəti bitib və artıq avtomobillər gətirilib satılanda əlavə dəyər vergisi üzərinə gəlməklə satılır. Bu da qiymət dəyişikliyi yaradır. Bir qədər orada da çəkindirici məqamlar var, həm də avtomobillərin kreditlə alınmasında da müəyyən çətinliklər mövcuddur. Vətəndaşlar kreditlə avtomobil almaq üçün banka müraciət edəndə bir çox hallarda çətinliklə üzləşirlər. Yüksək maaş alan vətəndaş belə bu gün kreditlə avtomobil almaqda çətinlik çəkir.

Buna baxmayaraq hibrid avtomobillər bizim ölkəmizdə populyardır və vətəndaşlar avtomobil alanda ilk növbədə hibrid avtomobillərə maraq göstərirlər.

Bazardakı vəziyyətə gəldikdə isə, əvvəlki aylara nisbətən bazarda fəallaşma var.  Qarşıdakı aylarda da bu fəallıq artmağa doğru davam eləyəcək. Təxminən bazar ilin sonuna qədər 2% böyüyəcəyini düşünürəm. Bazarın kiçiləcəyini düşünmürəm. Amma ilin sonuna qədər qiymətlərin sabit qalacağı gözlənilir”

.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki