Sürix–Şanxay reysi Bakıya məcburi eniş etdi - Səbəb bəlli oldu

Bu gün “SWISS” aviaşirkətinin Sürix–Şanxay marşrutu üzrə həyata keçirdiyi SWR-188 saylı reysin hava gəmisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Referans Media-ya bildirilib ki, məcburi enişə səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub.

“Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı aeroportuna uğurla eniş edib. Sərnişinə hava limanında tibb heyəti tərəfindən ilkin tibbi yardım göstərilib.

Reysin davam etdirilməsi ilə bağlı qərar hava gəmisinin kapitanı tərəfindən veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki