İstənilən an vura bilərik – Netanyahu

“Lazım olan anda düşmənlərimizə zərbə endirmək üçün lazımi hazırlığa, qətiyyətə və imkanlara sahibik”.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ölkənin Hərbi Hava Qüvvələrinin bazalarından birinə səfəri zamanı bildirib.

“Düşmənlərimizə deyirəm: bizi sınağa çəkməyin. İndiyədək məruz qaldığınız zərbələrdən qat-qat ağır zərbələr alacaqsınız.

Hamımız bilirik ki, cəsur pilotlarımızın, hava qüvvələri və quru qoşunlarımızın şəxsi heyətinin sayəsində İsrail ordusu və dövləti hansı böyük nailiyyətlər əldə edib.

Biz özümüzü müdafiə etməkdə qətiyyətliyik. Bizi sınağa çəkməyin”, – İsrail lideri vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki