Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olacaq?

Sergen Yalçın Türkiyə Futbol Federasiyasının (TFF) milli komandanın baş məşqçisi postu ilə bağlı təklifinə müsbət cavab verib.

Referans Media xəbər verir ki, bu barədə “sporX” məlumat yayıb.

Məlumata əsasən, Sergen Yalçın ilə dördillik müqavilə barədə razılıq əldə olunub. TFF-nin çərşənbə axşamı keçiriləcək iclasdan sonra təyinatla bağlı rəsmi açıqlama verəcəyi bildirilir.

Müqavilənin rəsmiləşdirilməsindən sonra Sergen Yalçının noyabr ayında Türkiyə millisinin baş məşqçisi kimi fəaliyyətə başlaması gözlənilir.

Qeyd edək ki, Türkiyə yığması noyabrın 12-də UEFA Millətlər Liqasının A Liqası çərçivəsində Belçika ilə doğma meydanda qarşılaşacaq. Komanda noyabrın 15-də isə Fransa ilə üz-üzə gələcək./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki